“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı üzv təşkilatı olaraq rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində çalışan əməkdaşların əmək,sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı əsas məqsəd kimi qarşısına qoyur. Komitənin əsas fəaliyyəti əmək münasibətlərinin tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi,sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması,həmçinin mədəni-kütləvi və maarifləndirici tədbirlərin təşkili ilə bağlıdır. 

Struktur baxımından komitə təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir,üzvlərin hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş təşəbbüslərlə çıxış edir, eyni zamanda istirahət,sanatoriya-kurort yollayışlarının təşkili və gənclərlə iş sahəsində müxtəlif sosial layihələrin reallaşdırılmasını təmin edir. ETİHİ Nizami Rayon Komitəsi üzvlərlə daimi əlaqə saxlayaraq həmrəylik və sosial ədalət prinsiplərinə əsaslanan məqsədyönlü fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 57 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 5850 ittifaq üzvünü özündə birləşdirir. Üzv olmayan özəl bağçalardan 395 nəfər ittifaq üzvünün ərizəsinə baxılmaq üzrədir. Yeni tədris ilində 1350 tələbənin üzvlüyümüzə qəbul edilməsi hədəflərimizdəndir.

Nizami Rayon Komitəsinin fəaliyyət istiqamətləri: