Xəbərlər
Müəllimlər Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib

Müəllimlər Günü münasibətilə Şuşa Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib
5 Oktyabr – Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən sertifikasiya imtahanlarında yüksək nəticə göstərən üzv müəllimlər üçün Şuşa Dövlət Musiqili Dram Teatrında xüsusi tamaşa-konsert proqramı təşkil olunub.
Müəllim əməyinə verilən dəyərin ifadəsi olan tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların təhsil sahəsindəki fəaliyyətinin cəmiyyətin inkişafında mühüm yer tutduğunu qeyd edib. Sədr bildirib ki, müəllimlik yalnız bilik öyrətməkdən ibarət olmayan, insanın dünyagörüşünün, düşüncə tərzinin və həyata münasibətinin formalaşmasına təsir göstərən məsuliyyətli və şərəfli peşədir.
Qeyd olunub ki, hər bir müəllim öz fəaliyyəti ilə gələcək nəsillərin yetişdirilməsinə töhfə verir. Sinif otağında verilən biliklə yanaşı, müəllimin davranışı, dünyaya baxışı və şagirdə göstərdiyi münasibət də onun təhsil yolunda mühüm iz buraxır. Bu baxımdan müəllim əməyinin nəticəsi yalnız bu günün göstəriciləri ilə deyil, yetişdirdiyi insanların gələcək fəaliyyətində və cəmiyyətə verdiyi töhfələrdə özünü göstərir.
Çıxış zamanı sertifikasiya imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin peşəkarlıq səviyyələrini nümayiş etdirmələri, öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələri xüsusi qeyd olunub. Bildirilib ki, belə nəticələr müəllimlərin təhsildə keyfiyyətin yüksəldilməsinə, müasir tələblərə uyğun fəaliyyət göstərməyə və peşəkar inkişaf istiqamətində ardıcıl çalışmağa verdikləri önəmin göstəricisidir.
Daha sonra müəllimlər üçün hazırlanmış tamaşa-konsert proqramı təqdim olunub. Sənət nümunələri ilə zəngin proqram iştirakçılara xoş və yaddaqalan anlar yaşadıb.
Tədbirin sonunda sertifikasiya imtahanlarında yüksək nəticə göstərən müəllimlərə göstərdikləri peşəkar fəaliyyət və əldə etdikləri uğurlar münasibətilə ETİHİ Nizami Rayon Komitəsinin Fəxri Fərmanları təqdim olunub.
Belə tədbirlər müəllim əməyinin ictimai əhəmiyyətinin diqqətə çatdırılması, pedaqoqların fəaliyyətinə mənəvi stimul verilməsi və onların peşə nailiyyətlərinin layiqincə qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər keçirilib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin üzv təşkilatlarında silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Təhsil müəssisələrinin kollektivləri tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri, dəyirmi masalar, görüşlər və müxtəlif maarifləndirici tədbirlər təşkil olunub.
Keçirilən tədbirlər zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, göstərdikləri qəhrəmanlıq və Vətən uğrunda fədakarlıqları haqqında məlumatlar səsləndirilib. Şagirdlər və əməkdaşlar şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, onların həyat və döyüş yoluna həsr olunmuş təqdimat və çıxışlarla iştirak ediblər.
Anım tədbirlərində Vətən müharibəsində qazanılmış Zəfərin tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi qeyd olunub.
ETİHİ Nizami Rayon Komitəsi tərəfindən üzv təşkilatlarda keçirilən tədbirlərdə şəhidlərin xatirəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərin təbliğinin vacibliyi diqqətə çatdırılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində yubilyar müəllimlərə xüsusi diqqət göstərilib

3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində yubilyar müəllimlərə xüsusi diqqət göstərilib
3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə yubiley yaşları tamam olan müəllimlərin təbrik edilməsi və onların uzunillik səmərəli fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin iştirakı və dəstəyi ilə təşkil olunub.
Tədbirdə çıxış edənlər müəllim əməyinin cəmiyyətin inkişafında, gənc nəslin bilik və bacarıqlarının formalaşdırılmasında, onların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, uzun illər ərzində pedaqoji fəaliyyət göstərən, öz peşəsinə sədaqətlə xidmət edən müəllimlərin əməyinin qiymətləndirilməsi həmkarlar ittifaqının fəaliyyətində xüsusi diqqət yetirilən istiqamətlərdəndir.
Yubiley yaşları tamam olan müəllimlərə çoxillik və səmərəli pedaqoji fəaliyyətlərinə, təhsilalanların inkişafına verdikləri töhfələrə və kollektivin ictimai həyatında fəal iştiraklarına görə Fəxri Fərmanlar təqdim olunub. Həmçinin yubilyar müəllimlərə gül dəstələri təqdim edilərək onların əlamətdar günləri münasibətilə səmimi təbriklər çatdırılıb.
ETİHİ Nizami Rayon Komitəsi tərəfindən müəllimlərin əməyinə göstərilən diqqət və qayğının, onların sosial-mənəvi dəstəklənməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, həmkarlar ittifaqı üzvlərinin əmək fəaliyyətinin və xidmətlərinin qiymətləndirilməsi, əlamətdar günlərinin diqqətdə saxlanılması kollektivdə sağlam mənəvi-psixoloji mühitin və həmrəylik ruhunun gücləndirilməsinə xidmət edir.
Tədbirdə yubilyar müəllimlərin çoxillik pedaqoji təcrübəsinin gənc nəslin yetişdirilməsində mühüm rol oynadığı, onların peşə fəaliyyətində qazandıqları təcrübənin gənc həmkarları üçün dəyərli nümunə olduğu vurğulanıb.
Sonda yubiley yaşları tamam olan müəllimlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şəxsi və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzu olunub. Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbir xoş və səmimi əhval-ruhiyyə ilə başa çatıb.
“Tələbələrin Yay Düşərgəsi” – bilik, ünsiyyət və həmrəylik mühitində

“Tələbələrin Yay Düşərgəsi” – bilik, ünsiyyət və həmrəylik mühitində
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 7–12 sentyabr tarixlərində “Təhsil” İstirahət Mərkəzində tələbələrin asudə vaxtının səmərəli təşkili, onların sosial və intellektual inkişafının dəstəklənməsi, həmçinin həmkarlar ittifaqı dəyərlərinin gənclər arasında təşviqi məqsədilə “Tələbələrin Yay Düşərgəsi” təşkil olunub.
Altı gün davam edən düşərgədə ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 700-ə yaxın tələbə iştirak edib. Müxtəlif təhsil pillələrini təmsil edən gənclərin vahid düşərgə platformasında bir araya gəlməsi onların qarşılıqlı ünsiyyət və təcrübə mübadiləsi imkanlarını genişləndirib, eyni zamanda gənclər arasında həmrəylik və komanda ruhunun möhkəmlənməsinə şərait yaradıb.
Düşərgə iştirakçıları sırasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin xətti ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən 6 tələbə də yer alıb.
Proqram çərçivəsində tələbələrin yalnız istirahət imkanlarından faydalanması deyil, onların dünyagörüşünün, kommunikasiya və liderlik bacarıqlarının, analitik və yaradıcı düşünmə qabiliyyətlərinin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə müxtəlif mövzularda təlimlər və panel müzakirələri, intellektual yarışlar, idman müsabiqələri, komanda quruculuğu proqramları və maarifləndirici tədbirlər keçirilib.
Düşərgənin əsas üstünlüklərindən biri gənclərin fərqli təhsil müəssisələrindən olan həmyaşıdları ilə ünsiyyət qurmasına, fikir və təcrübə mübadiləsi aparmasına, kollektiv fəaliyyətlərdə iştirak etməklə yeni sosial əlaqələr formalaşdırmasına imkan yaratması olub. Belə təşəbbüslər tələbələrin şəxsi inkişafı ilə yanaşı, onların cəmiyyətə fəal inteqrasiyasına və ictimai məsuliyyət hissinin gücləndirilməsinə mühüm zəmin yaradır.
“Tələbələrin Yay Düşərgəsi” həmçinin gənclərin asudə vaxtının məzmunlu və faydalı şəkildə təşkili istiqamətində həmkarlar ittifaqlarının həyata keçirdiyi sosial layihələrin əhəmiyyətli nümunələrindən biri kimi diqqət çəkir. Düşərgə müddətində yaradılan sağlam ünsiyyət mühiti, qarşılıqlı əməkdaşlıq və komanda fəaliyyəti iştirakçıların yaddaşında xoş və dəyərli xatirələrlə yanaşı, gələcək fəaliyyətləri üçün faydalı təcrübə də formalaşdırıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi gənclərin sosial, intellektual və şəxsi inkişafına yönəlmiş belə təşəbbüsləri yüksək qiymətləndirir və tələbələrin ictimai həyatda daha fəal iştirakını dəstəkləyir.
Düşərgədə iştirak edən bütün tələbələrə təhsil həyatında, gələcək peşə fəaliyyətlərində və ictimai təşəbbüslərində uğurlar arzulayırıq.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ Nizami Rayon Komitəsindən ittifaq üzvlərinə xoş istirahət imkanı

ETİHİ Nizami Rayon Komitəsindən ittifaq üzvlərinə xoş istirahət imkanı
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi tərəfindən ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin mənalı və faydalı keçirilməsi, sosial rifahının yüksəldilməsi, həmçinin kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyət və həmrəyliyin gücləndirilməsi məqsədilə 29–30 avqust 2026-cı il tarixlərində Maricel Garden istirahət mərkəzinə iki günlük tur təşkil edilmişdir.
Turda Nizami Rayon Komitəsinin üzv təşkilatlarını təmsil edən ittifaq üzvləri iştirak etmişlər. İştirakçılar üçün təşkil olunan səfər gündəlik iş fəaliyyətindən uzaqlaşaraq dincəlmək, asudə vaxtlarını mənalı və səmərəli keçirmək, eyni zamanda həmkarları ilə xoş ünsiyyət qurmaq baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Tur iştirakçıları istirahət mərkəzində yaradılmış şəraitdən faydalanmış, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak etmiş, maraqlı və yaddaqalan anlar yaşamışlar. Səfər müddətində ittifaq üzvləri arasında səmimi ünsiyyət və xoş münasibət mühiti formalaşmış, qarşılıqlı tanışlıq, dostluq və həmrəylik əlaqələri daha da möhkəmlənmişdir.
İttifaq üzvləri təşkil olunan turdan böyük məmnunluq ifadə etmiş, onların asudə vaxtının səmərəli və mənalı təşkili istiqamətində göstərilən diqqət və qayğını yüksək qiymətləndirmişlər. İştirakçılar iki gün ərzində həm istirahət etmək, həm də iş yoldaşları ilə birgə xoş və yaddaqalan vaxt keçirmək imkanının yaradılmasından razılıqlarını bildiriblər.
Müasir dövrdə əmək fəaliyyəti ilə yanaşı, işçilərin sosial rifahının yüksəldilməsi, sağlam və mənalı istirahətinin təşkili həmkarlar ittifaqlarının fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsi ittifaq üzvlərinin sosial-mədəni həyatının zənginləşdirilməsi, onların istirahət imkanlarının genişləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər, gəzintilər və istirahət proqramları həyata keçirir. ETİHİ Nizami Rayon Komitəsi bundan sonra da ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, istirahət imkanlarının genişləndirilməsi və sosial-mədəni fəaliyyətlərinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Bakı şəhəri Rayon Komitələrinin ilk təşkilat sədrləri üçün təlim keçirilib

Bakı şəhəri Rayon Komitələrinin ilk təşkilat sədrləri üçün təlim keçirilib
Bakı şəhəri Rayon Komitələrinin ilk təşkilat sədrləri üçün “Qanunvericilik və etik davranış qaydaları” mövzusunda təlim təşkil olunub.
Təlimdə həmkarlar ittifaqı fəaliyyətinin səmərəli təşkili, ilk təşkilat sədrlərinin iş prosesində qanunvericilik tələblərinə və etik davranış qaydalarına riayət etməsi, eləcə də üzvlərlə düzgün və effektiv ünsiyyət qurulması istiqamətində mühüm məlumatlar təqdim edilib.
Ümumilikdə 3 saat davam edən təlim iki hissədən ibarət olub:
Birinci hissə – “Həmkarlar ittifaqı işinin təşkili”
Bu bölmədə ilk təşkilat sədrlərinin fəaliyyətinin düzgün qurulması, həmkarlar ittifaqı işinin təşkili və əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib.
İkinci hissə – “Effektiv ünsiyyət bacarıqları”
Təlimin bu hissəsində effektiv ünsiyyətin əsas prinsipləri, düzgün kommunikasiya, qarşılıqlı anlaşmanın formalaşdırılması və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı praktiki yanaşmalar müzakirə olunub.
Təlim hissələri arasında iştirakçılar üçün coffee break təşkil olunub.
Təlimdə ETİHİ Nizami Rayon Komitəsinin ilk təşkilat sədrləri də fəal iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd ilk təşkilat sədrlərinin peşəkar bilik və bacarıqlarının artırılması, həmkarlar ittifaqı fəaliyyətinin daha səmərəli təşkili, qanunvericilik və etik davranış qaydaları ilə bağlı məlumatlılığın gücləndirilməsi, eləcə də effektiv ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir.
Yollayışların verilməsi qaydaları izah olunub

Yollayışların verilməsi qaydaları izah olunub
ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov tərəfindən Komitəyə müraciət edən 3 nömrəli xüsusi təhsil məktəbinin müəllimi ilə görüş keçirilib.
Müraciət zamanı müəllimə Təhsil İstirahət Mərkəzinə yollayışların verilməsi qaydaları və prinsipləri barədə ətraflı məlumat verilib. Sübut Əsədov yollayışların verilməsi prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb, yollayış əldə etmək üçün müəyyən edilmiş müraciət proseduru və tələb olunan sənədlər barədə izahat verib.
Həmçinin vətəndaşın yollayış əldə edə bilməməsi ilə bağlı sualları cavablandırılıb və yollayışların bölgüsü zamanı tətbiq olunan prinsiplər və mövcud qaydalar izah edilib.
ETİHİ Nizami Rayon Komitəsi həmkarlar ittifaqı üzvlərinin müraciətlərinin dinlənilməsinə, onların hüquq və mənafelərinin qorunmasına və müraciətlərlə bağlı zəruri məlumatlandırmanın aparılmasına xüsusi diqqət yetirir.
ETİHİ Nizami Rayon Komitəsinin sədri Təhsil İstirahət Mərkəzində üzvlərin istirahəti ilə maraqlanıb

ETİHİ Nizami Rayon Komitəsinin sədri Təhsil İstirahət Mərkəzində üzvlərin istirahəti ilə maraqlanıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Təhsil İstirahət Mərkəzinə baş çəkərək istirahətdə olan həmkarlar ittifaqı üzvləri ilə görüşüb.
Səfər çərçivəsində Sübut Əsədov üzvlərin istirahət şəraiti ilə yaxından maraqlanıb, onların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılmış imkanlarla tanış olub. Görüş zamanı istirahət edən üzvlərlə səmimi söhbət aparılıb, onların fikir və təklifləri dinlənilib, mərkəzdə yaradılmış şərait yüksək qiymətləndirilib.
Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Elman Nəsirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev, filialın şöbə müdiri Yusif Abayev də iştirak ediblər. Qonaqlar istirahət mərkəzində yaradılmış şəraitlə tanış olaraq burada istirahət edən həmkarlar ittifaqı üzvləri ilə görüşüb, onlara xoş istirahət arzularını çatdırıblar.
ETİHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə növbəti unudulmaz istirahət proqramı

ETİHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə növbəti unudulmaz istirahət proqramı
İHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə üzv təşkilatlardan olan 251 nömrəli tam orta məktəbin müəllim və əməkdaşları üçün Qusar rayonuna birgünlük istirahət səfəri təşkil edilib.
Üzv təşkilatların asudə vaxtının səmərəli təşkili, müəllim və əməkdaşların sosial rifahının yüksəldilməsi, kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsi və sağlam ünsiyyət mühitinin inkişaf etdirilməsi məqsədilə təşkil olunan səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb.
Qusarın zəngin təbiəti, mənzərəli guşələri və təmiz dağ havası iştirakçılara gündəlik iş qayğılarından uzaqlaşaraq mənalı istirahət etmək imkanı yaradıb. Səfər çərçivəsində kollektiv üzvləri xoş və səmimi vaxt keçirərək həmkarları ilə ünsiyyətlərini daha da möhkəmləndirib, unudulmaz təəssüratlar qazanıblar.
251 nömrəli tam orta məktəbin kollektivi göstərilən diqqət və qayğıya görə ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədova və komitənin kollektivinə səmimi minnətdarlıqlarını ifadə edib. Qeyd olunub ki, bu cür sosial layihələr müəllimlərin motivasiyasının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə və kollektiv ruhunun güclənməsinə mühüm töhfə verir.
ETİHİ Nizami Rayon Komitəsi üzv təşkilatların sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və həmkarlar arasında birlik və həmrəyliyin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.


